Azərbaycanın U-21 yığması seçmə mərhələdə ilk qələbəsini qazanıb

Azərbaycanın U-21 yığması seçmə mərhələdə ilk qələbəsini qazanıb 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk qələbəsini qazanıb.
Futbol
25 Mart , 2022 20:49
Azərbaycanın U-21 yığması seçmə mərhələdə ilk qələbəsini qazanıb

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk qələbəsini qazanıb.

"Report"un məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu komanda Estoniyanı böyük hesabla məğlub edib - 3:0.

Sumqayıtdakı "Kapital Bank Arena"da keçirilmiş A qrupunun oyununda ilk iki qolu Musa Qurbanlı vurub. O, 44-cü və 66-cı dəqiqələrdə fərqlənib. Matçda son nöqtəni isə 88-ci dəqiqədə Abdulla Xaybulayev qoyub.

Bununla da Azərbaycan yığması 7 oyundan sonra xalını 4-ə çatdırıb və 5-ci pillədə möhkəmlənib. 8 matçdan sonra sonuncu - 6-cı sırada olan Estoniyanın xalı yoxdur.

25 mart
AVRO-2023, seçmə mərhələ

19:00. Azərbaycan - Estoniya - 3:0
Qollar: Musa Qurbanlı, 44; 66. Abdulla Xaybulayev, 88

Baş hakim: Devid Munro (Şotlandiya)
Sumqayıt. "Kapital Bank Arena".

Son xəbərlər

Orphus sistemi