​Azərbaycanın U-19 millisi Belarusa böyük hesabla məğlub olub

​Azərbaycanın U-19 millisi Belarusa böyük hesabla məğlub olub Qonaqlar yığmanın qapısından 4 qol keçiriblər
Futbol
9 İyun , 2016 03:49
​Azərbaycanın U-19 millisi Belarusa böyük hesabla məğlub olub

Bakı. 9 iyun. REPORT.AZ/ İyunun 8-də 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Belarusun müvafiq yaş qrupuna aid komandası ilə yoldaşlıq oyunu keçirib.

"Report" xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutan görüş qonaqların böyük hesablı qələbəsi ilə başa çatıb – 4:1.

Yoldaşlıq görüşü, Bakı

Azərbaycan (U-19) — Belarus (U-19) — 1:4

Qollar: 0:1 — Məhəmmədov (8). 1:1 — Xasayev (15). 1:2 — Baxar (40). 1:3 — Baxar (91+). 1:4 — Xalimonçikov (92+).

Komandalar iyunun 10-da yenidən Bakıda üz-üzə gələcəklər.

Son xəbərlər

Orphus sistemi