​Azərbaycan yığması Bakıdakı Avropa çempionatına 24 futbolçu ilə hazırlaşır

​Azərbaycan yığması Bakıdakı Avropa çempionatına 24 futbolçu ilə hazırlaşır Toplanışa çağırılacaq futbolçular açıqlanıb
Futbol
18 Fevral , 2016 10:46
​Azərbaycan yığması Bakıdakı Avropa çempionatına 24 futbolçu ilə hazırlaşır

Bakı. 18 fevral. REPORT.AZ/ Bu gündən Bakıda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı başlayır. "Report"un məlumatına görə, baş məşqçi Təbriz Həsənov toplanışa 24 futbolçu dəvət edib.

Onlardan 20-si Azərbaycan, 4-ü isə xarici klubların heyətində çıxış edir: Elçin Əsədov, Aslan Bədəlzadə, Ərziman Rizvanov, Bahadur Həziyev, Pilağa Mehdiyev, Kamran İbrahimov (hamısı "Neftçi"), Murad Popov, Cavidan Qasımlı, Fərid Nəbiyev (hər üçü "Qəbələ"), İsmayıl Babayev, Ricat Qarayev, Aqşin Hüseynov Sumqayıt (hər üçü "Sumqayıt"), İbrahim Qədirzadə, Yusif Həsənov (hər ikisi "Xəzər Lənkəran"), Ceyhun Muxtarlı, Süleyman Əhmədov (hər ikisi "İnter"), Murad Qayalı, Rövşən Şahmuradov (hər ikisi "Zirə"), Omid Derrah ("Vətən"), Nicat Mehbalıyev ("Bakı"), Hüseyn Seyliqli, Mətin Gülər (hər ikisi "Beşiktaş", Türkiyə), Murad Mahmudov ("Leypsiq", Almaniya), Timur Cabbarov ("Master-Saturn", Rusiya)

Toplanış martın 4-də başa çatacaq.

Qeyd edək ki, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması 5 - 21 mayda Bakıda Avropa çempionatına qatılacaq. 

Son xəbərlər

Orphus sistemi