Azərbaycanın şahmat millisinin sabiq kapitanı 3-cü dəfə ECU prezidenti seçilib

Azərbaycanın şahmat millisinin sabiq kapitanı 3-cü dəfə ECU prezidenti seçilib Avropa Şahmat İttifaqına (ECU) prezident seçkiləri keçirilib.
Futbol
26 İyul , 2022 18:14
Azərbaycanın şahmat millisinin sabiq kapitanı 3-cü dəfə ECU prezidenti seçilib

Avropa Şahmat İttifaqına (ECU) prezident seçkiləri keçirilib.

"Report" ECU-nun rəsmi saytına istinadən xəbər verir ki, Zurab Azmayparaşvili 3-cü dəfə qurumun rəhbəri seçilib. O, qarşıdakı 4 il müddətində bu vəzifəni icra edəcək.

Dana Reyznietse-Ozola prezidentin müşaviri, Qunnar Byornsson və Malkolm Peyn vitse-prezidentlər, Teodoros Tsorbatsoqlu isə baş katib postuna seçiliblər.

Qeyd edək ki, Zurab Azmayparaşvili vaxtilə kişi şahmatçılardan ibarət Azərbaycan millisinin kapitanı olub.

Son xəbərlər

Orphus sistemi