Azərbaycanın qadın güləşçisi Avropa çempionatında finala yüksəlib

Azərbaycanın qadın güləşçisi Avropa çempionatında finala yüksəlib Azərbaycanın qadın güləşçisi Elis Manolova Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında finala yüksəlib.
Futbol
127
11 Aprel , 2019 18:56
Azərbaycanın qadın güləşçisi Avropa çempionatında finala yüksəlib
Elis Manolova

Azərbaycanın qadın güləşçisi Elis Manolova Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında finala yüksəlib.

"Report"un məlumatına görə, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Finlandiya təmsilçisi Petra Ollini məğlub edib. O, finalda rumıniyalı Krista İnçe ilə üz-üzə gələcək. 

Yarımfinalda məğlub olan Tatyana Omelçenko (62 kq) isə bürünc medal görüşündə qüvvəsini sınayacaq. 

Alyona Kolesnik (57 kq) 1/4 finalda məğlub olsa da, rəqibi finala çıxdığı üçün təsəlliverici görüşə çıxacaq. Tatyana Varansova (53 kq) isə 1/8 finalda məğlub olaraq mübarizəni dayandırıb. Bu çəki dərəcələrindəki medal görüşləri sabah keçiriləcək. 

Qeyd edək ki, qadın güləşçilərin mübarizəsində ilk yarış günündə Türkan Nəsirova (50 kq), Elmira Qəmbərova (59 kq) və İrina Netreba (68 kq) bürünc medal görüşünə vəsiqə qazanıb. Onlar da bu gün çıxış edəcəklər.

Son xəbərlər

Orphus sistemi