Azərbaycanın Olimpiya mükafatçısı dünya çempionatında mərhələ adlayıb

Azərbaycanın Olimpiya mükafatçısı dünya çempionatında mərhələ adlayıb Boks üzrə Azərbaycan milli komandasının daha bir üzvü Rusiyanın Yekaterinburq şəhərində keçirilən dünya çempionatında mübarizəyə qoşulub.
Futbol
13 Sentyabr , 2019 15:47
Azərbaycanın Olimpiya mükafatçısı dünya çempionatında mərhələ adlayıb

Boks üzrə Azərbaycan milli komandasının daha bir üzvü Rusiyanın Yekaterinburq şəhərində keçirilən dünya çempionatında mübarizəyə qoşulub.

"Report"un məlumatına görə, 69 kq çəki dərəcəsində çıxış edən Lorenzo Sotomayor 1/32 finalda Avstraliya təmsilçisi Ceyson Mallia ilə üz-üzə gəlib.

Qarşılaşma Sotomayorun qələbəsi ilə başa çatıb. Olimpiya mükafatçısı gərgin keçən döyüşdə rəqibini 3:2 (28:29, 28:29, 30:27, 30:27, 29:28) hesabı ilə məğlub edərək 1/16 final mərhələsinə yüksəlib. O, növbəti qarşılaşmasını əlcəzairli Şemseddin Kramouya qarşı keçirəcək. Görüş sentyabrın 16-da olacaq.

Qeyd edək ki, mundialın əvvəlki günlərində rinqə çıxan Tayfur Əliyev (57 kq) və Amin Kuşkov (75 kq) da 1/16 final mərhələsinə yüksəlib.

Son xəbərlər

Orphus sistemi