Azərbaycanın futbol millisinin baş həkimi Eddi İsrafilovla Rahil Məmmədovun durumlarına aydınlıq gətirib

Azərbaycanın futbol millisinin baş həkimi Eddi İsrafilovla Rahil Məmmədovun durumlarına aydınlıq gətirib “Bu ilin mayında təşkil edilən təlim-məşq toplanışı zamanı Eddi İsrafilov bud nahiyyəsindən zədə aldı. Bu zədənin müalicəsi isə orta hesabla 4-5 həftə çəkir. Ona görə də zədə yeni olduğu üçün həmin vaxt onu milliyə çağıra bilmədik.
Futbol
6 Sentyabr , 2019 00:19
Azərbaycanın futbol millisinin baş həkimi Eddi İsrafilovla Rahil Məmmədovun durumlarına aydınlıq gətirib

“Bu ilin mayında təşkil edilən təlim-məşq toplanışı zamanı Eddi İsrafilov bud nahiyyəsindən zədə aldı. Bu zədənin müalicəsi isə orta hesabla 4-5 həftə çəkir. Ona görə də zədə yeni olduğu üçün həmin vaxt onu milliyə çağıra bilmədik".

"Report"un Kardiffə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunları futbol üzrə Azərbaycan milli komandasının baş həkimi Vyaçeslav Xomenko İspaniyanın "Albasete" komandasında çıxış edən və zədəsini yenicə sağaldan Eddi İsrafilovun Uels və Xorvatiya ilə oyunlar üçün milliyə dəvət almamasına aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, legioner yarımmüdafiəçi köhnə zədəsini yenilədiyi üçün müalicəsi uzun çəkib:

"O, zədəsini sağaltdı, məşqlərə başladı, ancaq iyulun ortalarında yoxlama oyunu zamanı yenidən eyni zədəyə məruz qaldı. Məlum məsələdir ki, təkrarlanan zədə ilk dəfə alınanla müqayisədə daha uzun müddətə sağalır. Bu proses altı həftə sürüb. Milli komandanın təlim-məşq toplanışına bir həftə qalmış onun hazırda çıxış etdiyi “Albasete”nin həkimi ilə danışdım. Onun yığmaya mümkün dəvətini müzakirə etdim. Təəssüf ki, Eddi komanda ilə məşqlərə bazar ertəsindən etibarən başlayıb. O, bütün bu müddət ərzində bir oyun belə keçirməyib. Ümid edirəm, növbəti toplanışda onu heyətdə görə biləcəyik. Çox istəyərdik ki, klubunda oktyabra qədər ən azı bütöv bir oyun keçirə bilsin. Çünki ilk oyunda 15, daha sonra 30 dəqiqə meydanda olacaq. Tədricən davamlı çıxış etməyə başlayacaq. Artıq üç aydır ki, zədəyə görə oynaya bilmir".

Xomenmo davamlı olaraq təkcə yığma üzvləri ilə deyil, digər yerli oyunçuların da durumunu nəzarətdə saxladığını bildirib. O, son anda zədəyə görə heyətdən kənarlaşdırılan Rahil Məmmədovun da durumuna aydınlıq gətirib: "Bizim bərpa mərkəzimiz var. Orada hər kəs barədə məlumat əldə edə bilirik. Klublarda çalışan həmkarlarımın hamısına hər zaman kömək etməyə şadam. Avqustun 31-də məlumat aldım ki, Rahil Məmmədov topuq nahiyəsindən zədələnib. Ona görə də “Qarabağ”ın “Səbail”lə oyununa getdim. Çünki həmin görüş süni meydanda keçirilirdi. İdmanda hər dördüncü zədə topuq nahiyəsindən alınan zədədir. Rahilin süni meydanda necə çıxış edəcəyini görmək istəyirdim. Futbolçuların çoxu əksər hallarda mikrozədələrlə oynayırlar. Rahil yanıma gəldi, onunla bir neçə gün istirahət etməsini müzakirə etdik. O, millidə məşq etmək istəyirdi. İlk iki məşqimiz yüngül, üçüncü məşq isə nisbətən ağır idi. Həmin məşqdə mövcud zədəsini yenilədi. Davamli şəkildə zədə ilə oynamaq ağırdır. Onun oyun qrafikini bilirəm. Millinin qarşıdakı iki oyununda onun zədəsinin daha da ağırlaşması ehtimalı realdır. Meydançaya çıxsa, daha ciddi zədə ala bilər. Belə olan halda o, 5 gün yox 1 ay meydandan kənar qala bilər. Ona görə qərara aldıq ki, o, 5-7 gün müalicə alsın və yığmaya tam hazır vəziyyətdə dönsün. Ağrıkəsici iynə Xorvatiya ilə oyunda meydana çıxa bilər. Ancaq bu cür riskə ehtiyac varmı? Futbolçunun zədəli-zədəli meydana buraxılmasının əlehinəyəm. Çünki zədədə ağırlaşma gedəndə vəziyyət daha da pis olur. Bu görüş məsələn, Azərbaycan kubokunun finalı olsaydı, fikirləşərdik ki, bir ay onsuz da oyun olmayacaq. Amma indi mövsümün qızğın vaxtıdır. Onu meydana buraxmağın mənası yoxdur".

Baş həkim "Qarabağ"ın digər futbolçusu Bədavi Hüseynovun zədəsi haqqında da danışıb: "Onun zədəsi Eddi İsrafilovun zədəsinə bənzəyirdi, bud nahiyəsindən zədə almışdı. Məşqə çıxandan sonra həmin zədəni yenilədi. Təəssüf ki, bu səbəbdən məşqləri iki ay buraxmalı oldu. Hazırda “Qarabağ”la məşqlərə başlayıb. B.Hüseynovu qarşıdakı oyunlarda görəcəyik. Onun durumu barədə “Qarabağ”ın həkimi daha ətraflı məlumat verə bilər. Düşünürəm ki, oktyabrda Bədaviyə ümid etmək olar".

Baş hakim bildirib ki, hazırda heyətdə yer alan futbolçulardan cüzi zədəsi olanlar var: “Bunlar son məşqdə zədə alan Qara Qarayev, Mahir Əmrəli və Rüfət Dadaşovdur”.

Son xəbərlər

Orphus sistemi