Azərbaycanın iki qapıçısı Premyer Liqada 200-cü qolu buraxıb

Azərbaycanın iki qapıçısı Premyer Liqada 200-cü qolu buraxıb Azərbaycan Premyer Liqasının VI turunun “Səbail” – “Neftçi” oyununda hər iki komandanın qapıçısı 200-cü qolu buraxıb.
Futbol
116
4 Oktyabr , 2021 10:58
Azərbaycanın iki qapıçısı Premyer Liqada 200-cü qolu buraxıb

Azərbaycan Premyer Liqasının VI turunun “Səbail” – “Neftçi” oyununda hər iki komandanın qapıçısı 200-cü topu buraxıb.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu matçadək həm meydan sahiblərinin qolkiperi Kamran Ağayev, həm də "ağ-qaralar"ın oyunçusu Aqil Məmmədov ölkə çempionatlarında 199 dəfə məyus olub.

“ASCO Arena”da hər iki qolkiper üçün ilk top uğursuz yubiley xarakteri daşıyıb.

“Səbail”in qapıçısı Premyer Liqada 234-cü qarşılaşmaya çıxıb. Ağayev buraxdığı qolların sayını 202-yə çatdırıb. “Neftçi”nin qolkiperi isə 200-cü qolu 153-cü matçında qapısında görüb.

Bu iki qapıçıyadək ölkə çempionatları tarixində 200 və daha çox top buraxan qapıçıların sayı 10 idi. Onlar bu rəqəmi 12-yə çatdırıblar.

Qeyd edək ki, qarşılaşma "Neftçi"nin 3:1 hesablı qələbəsi ilə bitib.

Son xəbərlər

Orphus sistemi