​Azərbaycanın İtaliyadakı səfiri "Latsio" klubuna sponsorluq haqda danışıb

​Azərbaycanın İtaliyadakı səfiri "Latsio" klubuna sponsorluq haqda danışıb Bu barədə "Corriere dello Sport" məlumat yayıb
Futbol
288
29 İyun , 2015 19:56
​Azərbaycanın İtaliyadakı səfiri Latsio klubuna sponsorluq haqda danışıb

Bakı. 29 iyun. REPORT.AZ/ "Mənə verilən məlumatlara görə, "Latsio" ilə danışıqlar aparılır". 

"Report"un "Corriere dello Sport"a istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın İtaliyadakı Fövqəladə və Səlahiyyətli səfiri Vaqif Sadıqov deyib.

İtaliyanın "Latsio" klubuna Azərbaycan şirkətinin sponsorluq etməsi ilə bağlı yayılan məlumatlara fikir bildirən səfir bunu təsdiqləyib.

"Azərbaycanda fəaliyyət göstərən şirkət tərəfindən danışıqlar aparılır. Lakin detallar hələ də açılmayıb. Əlbəttə ki, futbol ən kütləvi auditoriyaya sahibdir. Azərbaycanda da idmana, futbola xüsusi diqqət var və biz idmanı sevirik" - deyə V.Sadıqov bildirib.

Son xəbərlər

Orphus sistemi