Azərbaycanın gənclərdən ibarət futzal yığması Rusiyaya 20:0 hesabı ilə məğlub olub

Azərbaycanın gənclərdən ibarət futzal yığması Rusiyaya 20:0 hesabı ilə məğlub olub Qollardan birini komandanın futbolçusu öz qapısına vurub
Futbol
1181
3 Noyabr , 2017 02:06
Azərbaycanın gənclərdən ibarət futzal yığması Rusiyaya 20:0 hesabı ilə məğlub olub

Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycanın gənclərdən ibarət mini futbol üzrə yığma komandası (17 yaşadək) Olimpiya Oyunları – 2018-in təsnifat mərhələsi oyununda Rusiya komandasına böyük hesabla məğlub olub.

“Report” xəbər verir ki, "B" qrupunun Slovakiyada keçirilən matçı 20:0 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.

Qalib komandanın heyətində Danil Karpyuk 6, Danil Samusenko 4, Pavel Karpov və İlya Şamis hərəyə 3, İlya Fedorov, Maksim Okulov və Kamil Gərayxanov hərəyə bir dəfə fərqləniblər. Daha bir qolu isə Azərbaycan yığmasının futbolçusu öz qapısına vurub.

Son xəbərlər

Orphus sistemi