Azərbaycanın futzal yığmasının Avropa çempionatındakı oyunlarının təqvimi açıqlanıb

Azərbaycanın futzal yığmasının Avropa çempionatındakı oyunlarının təqvimi açıqlanıb Futzal üzrə Azərbaycanın millisinin Niderlandda təşkil olunacaq Avropa çempionatının final mərhələsindəki qrup oyunlarının təqvimi açıqlanıb.
Futbol
241
18 Oktyabr , 2021 21:12
Azərbaycanın futzal yığmasının Avropa çempionatındakı oyunlarının təqvimi açıqlanıb

Futzal üzrə Azərbaycanın millisinin Niderlandda təşkil olunacaq Avropa çempionatının final mərhələsindəki qrup oyunlarının təqvimi açıqlanıb.

Azərbaycan Futzal Federasiyasından "Report"a verilən məlumata görə, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv D qrupunda ilk matçını 2022-ci il yanvarın 22-də Gürcüstan yığmasına qarşı keçirəcək.

Yanvarın 26-dakı qarşılaşmada rəqib İspaniya seçməsi olacaq. Milli komanda qrupdakı son oyununda isə Bosniya və Herseqovina ilə üz-üzə gələcək. Bu görüş yanvarın 29-na təsadüf edəcək. Azərbaycan yığması ilk 2 matçını Qroningen, sonuncu matçını isə Amsterdam şəhərində keçirəcək.

Avropa çempionatı, final mərhələsi

D qrupu

22 yanvar

Gürcüstan – Azərbaycan

İspaniya – Bosniya və Herseqovina

26 yanvar

İspaniya – Azərbaycan

Bosniya və Herseqovina – Gürcüstan

29 yanvar

Azərbaycan - Bosniya və Herseqovina

Gürcüstan - İspaniya

Qeyd edək ki, 19 yanvar - 6 fevralda gerçəkləşəcək Avropa çempionatı ilk dəfə 16 komandanın iştirakı ilə baş tutacaq.

Son xəbərlər

Orphus sistemi