Azərbaycanın futzal yığması seçmə mərhələyə məğlubiyyətlə başlayıb

Azərbaycanın futzal yığması seçmə mərhələyə məğlubiyyətlə başlayıb 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.
Futbol
17 Mart , 2022 21:42
Azərbaycanın futzal yığması seçmə mərhələyə məğlubiyyətlə başlayıb

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, Ağatahir Əzimovun başçılıq etdiyi kollektiv 7-ci qrupdakı ilk oyununda Xorvatiyanın müvafiq yaş qrupu üzrə yığması ilə qarşılaşıb.

Xorvatiyanın Karlovats şəhərində keçirilən görüş meydan sahiblərinin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisinin heyətində yeganə qolu 25-ci dəqiqədə Nazim Rəhimov vurub.

Yığma qrupdakı ikinci sınağında Latviya ilə üz-üzə gələcək. Martın 18-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, bu qrupda Belarus yığması da yer alırdı. Lakin komanda hava məkanı bağlı olduğuna görə Xorvatiyaya uça bilməyib.

Son xəbərlər

Orphus sistemi