​Azərbaycanın futzal millisi dünya çempionatının ilk "play-off" matçında qalib gəlib

​Azərbaycanın futzal millisi dünya çempionatının ilk "play-off" matçında qalib gəlib Milli səfərdə Hollandiyanı böyük hesabla məğlub edib
Futbol
23 Mart , 2016 00:37
​Azərbaycanın futzal millisi dünya çempionatının ilk play-off matçında qalib gəlib

Bakı. 23 mart. REPORT.AZ/ Futzal üzrə Azərbaycan milli komandası dünya çempionatının "play-off" mərhələsində ilk oyununu keçirib.

"Report"un məlumatına görə, Tino Peresin yetirmələri səfərdə Hollandiya ilə üz-üzə gəliblər.

Almere şəhərinin "Topsportcentrum" arenasında baş tutan qarşılaşma millimizin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 5:1. Bununla da Azərbaycan yığması aprelin 12-də Bakıda keçiriləcək cavab görüşü üçün üstünlük əldə edib.

Milli iki oyunun nəticəsinə görə qalib gələcəyi təqdirdə, ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanmış olacaq.

Dünya çempionatı, "play-off" mərhələsi, ilk oyun

Hollandiya - Azərbaycan - 1:5

Qollar: Jamal El Qannouti, 10 - Amadeu Fernandes da Silva, 5; 29. Fineo de Araujo, 13. Auqusto Sezar, 28. Vitali Borisov, 31.

Son xəbərlər

Orphus sistemi