Azərbaycanın futbol yığmasına yeni baş məşqçi təyin olunub

Azərbaycanın futbol yığmasına yeni baş məşqçi təyin olunub 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına yeni baş məşqçi təyin olunub.
Futbol
15 iyul 2022 11:50
Azərbaycanın futbol yığmasına yeni baş məşqçi təyin olunub

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına yeni baş məşqçi təyin olunub.

"Report" xəbər verir ki, AFFA İcraiyyə Komitəsinin qərarı ilə bu vəzifə Samir Əliyevə həvalə olunub. 43 yaşlı mütəxəssis qarşıdakı seçmə mərhələdə komandanın sükanı arxasında olacaq. O, yeni vəzifədə serbiyalı Milan Obradoviçi əvəzləyəcək.

Qeyd edək ki, Samir Əliyev həm də avqustda Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarına qatılacaq Azərbaycanın U-23 yığmasının baş məşqçisidir.

Son xəbərlər

Orphus sistemi