Bakı. 26 noyabr. REPORT.AZ/ Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığma komandasının heyəti açıqlanıb.
"Report" xəbər verir ki, milli komandaya çağırılan 27 nəfər arasında "Neftçi" və "İnter"in hərəyə 7, "Qəbələ", "Sumqayıt" və "Vətən"in 3, "Qarabağ"ın 2, "Kəpəz" və "Zirə"nin isə 1 futbolçusu var.
Komandanın heyətinə Hüseynov Əsgər, Əliyev Famin (Hamsı "Qarabağ"), Allahverdiyev Kənan ("Kəpəz"), Zəkiyev Şahin, Qayalı Murad, Həsənov Yusif, Qarayev Ricat, Muxtarlı Ceyhun, Qədirzadə İbrahim, Pənahov Elvin ("İnter"), Hüseynov Aqşin, Əhmədov Süleyman, Babayev İsmayıl ("Sumqayıt"), İbrahimov Kamran, Daşdəmirov Rəhman, Əliyev İbrahim, Həziyev Bahadur, Mehdiyev Pilağa, Rizvanov Ərziman, Tomarov Xəyal ("Neftçi"), Popov Murad, Sadıxov Əli, Nəbiyev Fərid ("Qəbələ"), Bağırov Nazim, Dəndiyev Kamal, Həsənov Kənan ("Vətən") və Əliyev Ülvi ("Zirə") dəvət alıb.
Noyabrın 29-da təlim-məşq toplanışına start verəcək Azərbaycan yığması dekabrın 6-dək Bakıda hazırlıq keçəcək. Təlim-məşq toplanışı seleksiya xarakteri daşıyır.