Azərbaycanın futbol millisi İslamiadada bürünc medal qazanıb

Azərbaycanın futbol millisi İslamiadada bürünc medal qazanıb Milli penaltilər seriyasında 4:3 hesablı qələbə qazanıb
Futbol
16 Avqust , 2022 17:10
Azərbaycanın futbol millisi İslamiadada bürünc medal qazanıb

23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında sonuncu matçını keçirib.

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Samir Əliyevin baş məşqçi olduğu kollektiva üçüncü yer uğrunda görüşdə Əlcəzair seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtı qolsuz bərabərliklə bitdiyi üçün penaltilər seriyasına ehtiyac duyulub.

Burada daha dəqiq çıxış edən Azərbaycan yığması İslamiadanın bürünc medalına sahib çıxıb. Milli penaltilər seriyasında 4:3 hesablı qələbə qazanıb.

Son xəbərlər

Orphus sistemi