Azərbaycanın FIFA referisi "Panatinaikos"un oyununu idarə edib

Azərbaycanın FIFA referisi "Panatinaikos"un oyununu idarə edib Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Super Liqasının oyununu idarə edib.
Futbol
122
2 May , 2022 11:03
Azərbaycanın FIFA referisi Panatinaikosun oyununu idarə edib

Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Super Liqasının oyununu idarə edib.

"Report" xəbər verir ki, 35 yaşlı baş hakim "Panatinaikos" və "Aris" komandaları arasında çempionluq qrupunun VI tur oyununda iş başında olub.

Ona laynsmanlar qismində Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərib. "Panatinaikos"un 1:0 hesablı qələbəsi ilə başa çatan qarşılaşmada Ağayev 45-ci dəqiqədə "Aris"in oyunçusu Abubakar Kamaraya ikinci sarı vərəqəni göstərərək meydandan qovub. O, futbolçuları 6 sarı vərəqə ilə də cəzalandırıb.

Qələbə sayəsində xallarının sayını 54-ə çatdıran Afina təmsilçisi 3-cü pilləyə yüksəlib. 53 xala malik "Aris" isə 4-cü sıraya enib.

Son xəbərlər

Orphus sistemi