Azərbaycanın FIFA referisi Litva - Farer adaları oyununu idarə edəcək

Azərbaycanın FIFA referisi Litva - Farer adaları oyununu idarə edəcək Azərbaycanlı hakim Rəhim Həsənov növbəti dəfə 17 yaşadək futbolçulardan ibarət Avropa çempionatının seçmə mərhələ matçına təyinat alıb.
Futbol
1 Oktyabr , 2019 19:07
Azərbaycanın FIFA referisi Litva - Farer adaları oyununu idarə edəcək

Azərbaycanlı hakim Rəhim Həsənov növbəti dəfə 17 yaşadək futbolçulardan ibarət Avropa çempionatının seçmə mərhələ matçına təyinat alıb.

"Report"un məlumatına görə, 36 yaşlı FIFA referisi 4-cü qrupda keçiriləcək Litva - Farer adaları oyununu idarə edəcək. Ona yan xətt hakimi qismində həmyerlisi Cəmil Quliyev və isveçli Maks Robin Vilde köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə isveçli Kaspar Şöberq yerinə yetirəcək.

Rəhim Həsənov və Cəmil Quliyev daha öncə bu qrupdakı iki oyunda da iş başında olublar.

Qeyd edək ki, oktyabrın 3-də keçiriləcək Litva - Farer adaları matçı Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. 4-cü qrupun oyunları İsveçdə keçirilir. 

Son xəbərlər

Orphus sistemi