Azərbaycanın FIFA referisi Konfrans Liqasının oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi Konfrans Liqasının oyununa təyinat alıb Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan təyinat alıb.
Futbol
16 iyul 2022 06:34
Azərbaycanın FIFA referisi Konfrans Liqasının oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan təyinat alıb.

"Report"un məlumatına görə, o, Avstriyada "Rapid" (Vyana) və Polşanın "Lexiya" komandaları arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda baş hakim olacaq.

Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 21-də keçirələcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi