Azərbaycanın FIFA referisi karyerasını başa vurub

Azərbaycanın FIFA referisi karyerasını başa vurub Azərbaycanın FIFA referilərinin sayı azalıb.
Futbol
259
15 Dekabr , 2021 15:12
Azərbaycanın FIFA referisi karyerasını başa vurub

Azərbaycanın FIFA referilərinin sayı azalıb.

"Report"un məlumatına görə, 2022-ci ildə ölkəni təmsil edəcək əsas hakimlərin sayı 3-ə endirilib.

Yuliya Qurbanovanın adı növbəti il üçün tərtib olunmuş siyahıdan çıxarılıb.

AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdullanın "Report"a verdiyi məlumata görə, Qurbanova karyerasını başa vurub.

2022-ci ildə Azərbaycanı beynəlxalq arenada FIFA referisi kimi Əliyar Ağayev, Rauf Cabarov və Elçin Məsiyev təmsil edəcək.

Son xəbərlər

Orphus sistemi