2020-ci ildə FIFA hakimi kimi fəaliyyət göstərəcək Azərbaycanın referi və referi köməkçilərinə müvafiq emblemlər təqdim olunub.
"Report"un məlumatına görə, təqdimetmə “Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Mərkəzində baş tutub.
Tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov, Hakimlər Komitəsinin sədri Frits Ştuxlik və UEFA Hakimlər Komitəsinin üzvü Kiros Vassaras iştirak edib.






