Azərbaycanın beynəlxalq dərəcəli hakimlərinin sayı artırıldı

Azərbaycanın beynəlxalq dərəcəli hakimlərinin sayı artırıldı 2021-ci ildə Azərbaycanı beynəlxalq oyunlarda təmsil edəcək FIFA referilərinin adları açıqlanıb.
Futbol
17 Dekabr , 2020 16:13
Azərbaycanın beynəlxalq dərəcəli hakimlərinin sayı artırıldı

2021-ci ildə Azərbaycanı beynəlxalq oyunlarda təmsil edəcək FIFA referilərinin sayı artıb.

"Report"un məlumatına görə, siyahıda ötənilki ilə müqayisədə bəzi dəyişikliklər də baş verib.

2013-cü ildən FIFA dərəcəli baş hakim olan Rəhim Həsənovu Elçin Məsiyev əvəzləyib. Yeni FIFA referilərinin siyahısına Yuliya Qurbanova (çimərlik futbolu) əlavə edilib.

Referi köməkçilərinin sayında da dəyişiklik baş verib. Akif Əmirəli, Zeynal Zeynalov, Namik Hüseynov, Elşad Abdullayev, Pərvin Talıbova Cavanşir Yusifov, Gülnurə Əkbərzadə və Sevda Nuriyeva qoşulub. Yusifovun adı zədə səbəbindən karyerasını başa vurmuş Mübariz Həşimovun əvəzinə siyahıya əlavə edilib.

Futzal hakimlərinə gəlincə, Hikmət Qafarlıdan sonra Əli Cəbrayılovla Knyaz Əmiraslanova da FIFA dərəcəsi verilib.

Referilər:

1. Ağayev Əliyar

2. Cabarov Rauf

3. Məsiyev Elçin

4. Qurbanova Yuliya

Referi köməkçiləri:

1. Əmirəli Akif

2. Zeynalov Zeynal

3. Hüseynov Namik

4. Abdullayev Elşad

5. Talıbov Pərvin

6. Yusifov Cavanşir

7. Əkbərzadə Gülnurə

8. Nurıyeva Sevda

Futzal

1. Qafarlı Hikmət

2. Cəbrayılov Əli

3. Əmiraslanov Knyaz

Çimərlik futbolu

1. Məmmədov İnqilab

2. Nağıyev Nail

Son xəbərlər

Orphus sistemi