Azərbaycanın daha bir futbol klubu fəaliyyətini dayandırıb

Azərbaycanın daha bir futbol klubu fəaliyyətini dayandırıb "Lokomotiv" öz istəyi ilə çempionatdan çəkilib
Futbol
19 Fevral , 2015 16:23
Azərbaycanın daha bir futbol klubu fəaliyyətini dayandırıb

Bakı. 19 fevral. REPORT.AZ/ Bakının "Lokomotiv” futbol klubu 2014/2015 mövsümündə I diviziondan kənarlaşdırılıb. 

"Report"un məlumatına görə, bu barədə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev əmr verib.

Əmrdə bildirilir ki, Lokomotiv” fevralın 18-də məktubla PFL-ə müraciət edərək, fəaliyyətini dayandırmasını və növbəti turdan etibarən I divizionda çıxışını davam etdirməyəcəyini bildirib. Bu səbəbdən AFFA-nın İntizam Komitəsinin fevralın 19-da çıxardığı qərarı və klubun məktubunu nəzərə alan qurum "dəmiryolçular"ı çempionatdan kənarlaşdırıb. 

Qeyd edək ki, bu mövsüm Azərbaycan Premyer Liqasında çıxış edən "Araz Naxçıvan" da çempionatdan çəkilib. "Lokomotiv" klubunun prezidenti Hafiz Məmmədovun oğlu Sənan Məmmədovdur.

Son xəbərlər

Orphus sistemi