Bakı. 9 sentyabr. REPORT.AZ/ Azərbaycanın Almaniyadakı səfirliyi Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan "Borussiya" (Dortmund) klubunun futbolçusu Henrix Mxitaryanla bağlı açıqlama verib. "Report"un ESPN-ə istinadən verdiyi məlumata görə, açıqlama erməni futbolçunun komandasının heyətində Azərbaycana səfəri ilə bağlıdır.
Səfirlikdən bildirilib ki, "arzuolunmaz şəxslər"in siyahısına milliyyətindən və ya peşəsindən asılı olmayaraq, işğal altındakı
Lakin diplomatik nümayəndəlikdən o da qeyd olunub ki, futbol komanda idman növüdür. Bu səbəbdən, "Borussiya"nın Bakıya gəlişinə fərdi şəxslərin yox, bütöv komandanın səfəri kimi baxıla bilər: "Viza alınması üçün ərizələr müvafiq qaydada hazırlanmalıdır. Arzuolunmaz şəxslərin siyahısına ayrıca baxıla bilər. Bu, Azərbaycan qanunvericiliyi çərçivəsində və ev oyunları üçün UEFA qaydalarına müvafiq surətdə olmalıdır".
Qeyd edək ki, "Qəbələ" və "Borussiya" komandaları Bakıda oktyabrın 22-də üz-üzə gələcək.