Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçi postuna namizədin adı açıqlanıb

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçi postuna namizədin adı açıqlanıb Bakı. 28 dekabr. REPORT.AZ/ 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçi vəzifəsinə namizədin adı açıqlanıb.
Futbol
28 Dekabr , 2018 16:57
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçi postuna namizədin adı açıqlanıb
Milan Obradoviç

Bakı. 28 dekabr. REPORT.AZ/ 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçi vəzifəsinə namizədin adı açıqlanıb. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, serbiyalı Milan Obradoviçdir. Bütün şərtlərlə bağlı qarşılıqlı razılıq əldə ediləcəyi təqdirdə, AFFA Məşqçilər Komitəsinin təqdimatına əsasən, U-21 Obradoviçə həvalə olunacaq.

Qeyd edək ki, Məşqçilər Komitəsi və baş katibliyin birgə fəaliyyəti çərçivəsində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə müxtəlif mütəxəssislərin namizədliyi müzakirə olunub və həmin məşqçilərlə görüşlər keçirilib. 

Son xəbərlər

Orphus sistemi