Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstan yığması ilə heç-heçə edib

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstan yığması ilə heç-heçə edib Bakı. 4 iyun. REPORT.AZ/ Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi bu gün yoldaşlıq oyununda qüvvəsini sınayıb.
Futbol
4 İyun , 2018 14:55
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstan yığması ilə heç-heçə edib

Bakı. 4 iyun. REPORT.AZ/ Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi bu gün yoldaşlıq oyununda qüvvəsini sınayıb.

"Report"un məlumatına görə, Rəşad Sadıqovun baş məşqçi olduğu kollektiv səfərdə qazaxıstanlı həmyaşıdları ilə üz-üzə gəlib.

Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. Görüşdə ilk qolu 33-cü dəqiqədə Azərbaycan yığmasının üzvü Sərtan Taşkın vurub. Meydan sahiblərinin heyətində isə Aybol Abiken 80-ci dəqiqədə penaltidən fərqlənməklə tarazlığı bərpa edib.

Yoldaşlıq görüşü

4 iyun

13:00. Qazaxıstan U-21 – Azərbaycan U-21 - 1:1 

Qol: Aibol Abiken, 80 - penalti ilə - Sertan Taşkın, 33

Baş hakim: Dmitri Muntyan

Baş hakimin köməkçiləri: Andrey Bodyan, Viktor Mardari

Dördüncü hakim: Aleksandr Tyan

(Hamısı Moldova)

Qeyd edək ki, Azərbaycan yığması iyunun 9-u Bakıda Macarıstan U-21-ni qəbul edəcək. 

Son xəbərlər

Orphus sistemi