Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatında növbəti oyununu keçirib

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatında növbəti oyununu keçirib Samir Ələkbərovun rəhbərlik etdiyi kollektiv Almaniya yığmasını qəbul edib
Futbol
9 Noyabr , 2017 20:29
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatında növbəti oyununu keçirib

Bakı. 9 noyabr. REPORT.AZ/ 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası 2019-cu il Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

"Report" xəbər verir ki, V qrupda yer alan Samir Ələkbərovun rəhbərlik etdiyi kollektiv Almaniya yığmasını qəbul edib.

Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da təşkil olunmuş qarşılaşma qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 7:0. Qollardan 3-nü Marsel Hartel vurub. Qalan qolların müəllifləri Nadiem Amiri, Aaron Seydel, Lukas Klostermann və Levin Öztunalı olub.

Oktyabrın 6-da bu kollektivlər arasında Almaniyanın Kottbus şəhərində baş tutan görüşdə də 7 qol vurulub. Lakin həmin vaxt Bundestim 6:1 hesabı ilə qalib gəlib. Ümumiyyətlə, Azərbaycan yığması seçmə mərhələdə keçirdiyi digər iki matçda da uduzub. Milli səfərdə İsrailə, evdə isə İrlandiyaya 1:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu da evdə keçirəcək. Noyabrın 14-də "Dalğa Arena”da baş tutacaq dueldə rəqib Kosova yığması olacaq.

AVRO-2019

Seçmə mərhələ, V qrup

9 noyabr

18:00. Azərbaycan – Almaniya 0:7

Qollar: Marcel Hartel, 2; 46; 57. Nadiem Amiri, 14. Aaron Seydel, 28. Timo Baumqartl, 60. Levin Öztunalı, 84

Baş hakim: Daniyar Saxi

Baş hakimin köməkçiləri: Alibek Aubakirov, Yevgeni Belski

Dördüncü hakim: Bulat Sariyev (hakimlər briqadası Qazaxıstandandır)

Bakı. "Dalğa Arena”

Xal durumu: İrlandiya - 10, Almaniya - 9, Kosova - 6, Norveç - 5, İsrail - 4, Azərbaycan - 0.

Son xəbərlər

Orphus sistemi