Azərbaycanın 2 klubu nigeriyalı hücumçuya təklif göndərib

Azərbaycanın 2 klubu nigeriyalı hücumçuya təklif göndərib "Qəbələ"nin futbolçusu Ceyms Adeniyi Azərbaycanda daha iki klubun maraq dairəsinə düşüb.
Futbol
8 Yanvar , 2021 21:30
Azərbaycanın 2 klubu nigeriyalı hücumçuya təklif göndərib
Ceyms Adeniyi

"Qəbələ"nin futbolçusu Ceyms Adeniyi Azərbaycanda daha iki klubun maraq dairəsinə düşüb.

Bu barədə "Report"a nigeriyalı hücumçunun özü məlumat verib.

Bir müddət öncə adı "Neftçi" ilə hallanan 29 yaşlı forvard bildirib ki, "Zirə" və "Keşlə" də onu heyətinə cəlb etmək istəyir: "İsrailin "Hapoel" (Kiryat-Şmona) klubuna keçib-keçməyəcəyimi hələ bilmirəm. Çünki Azərbaycan və Türkiyədən təkliflərim var. "Neftçi" ilə yanaşı, "Zirə" və "Keşlə" də xidmətimdə maraqlıdır. Hazırda təklifləri götür-qoy edirəm".

Qeyd edək ki, 2019/2020 mövsümünü icarə əsasında "Hapoel"də keçirmiş Adeniyinin "Qəbələ" ilə bu ilin yayınadək sözləşməsi var.

Son xəbərlər

Orphus sistemi