Bakı. 12 yanvar. REPORT.AZ/ Azərbaycanın müxtəlif yaş qruplarından ibarət qadın yığmalarının şərəfini qoruyan iki qadın futbolçu İspaniya klubuna transfer olub. "Report"un məlumatına görə, U-19-un üzvü Şəfəq Nəsirova və U-21-in şərəfini qoruyan Maya Danqadze İspaniyanın “Deportivo Kanillas” klubuna keçib.
Bir sıra yoxlama görüşlərində və müxtəlif turnirlərdə çıxış etmiş futbolçular məşqçilər korpusunun rəğbətini qazanıb. Bu səbəbdən hər iki futbolçunun yaxın günlərdə lisenziya almaqla rəsmi oyunlarda da iştirakı nəzərdə tutulub.