Azərbaycanın 2 futbolçusu İspaniyanın "Malaqa" klubuna yollanıb

Azərbaycanın 2 futbolçusu İspaniyanın "Malaqa" klubuna yollanıb Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının iki futbolçusu - Mehrac Baxşəliyev və Gülağa Əsədov İspaniyaya yola düşüblər.
Futbol
1 Avqust , 2019 11:33
Azərbaycanın 2 futbolçusu İspaniyanın Malaqa klubuna yollanıb

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının iki futbolçusu - Mehrac Baxşəliyev və Gülağa Əsədov İspaniyaya yola düşüblər.

“Report” xəbər verir ki, “Qəbələ” klubunun üzvləri AFFA-nın dəstəyilə təşkil olunan səfər çərçivəsində “Malaqa” klubunda bir aylıq təcrübə keçəcəklər.

Qeyd edək ki, bir müddət əvvəl İspaniya mətbuatı səviyyəcə ikinci liqada çıxış edən “Malaqa”nın Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Mahir Emreli ilə maraqlandığını yazıb.

Son xəbərlər

Orphus sistemi