İvan Perişiç: "Azərbaycanı məğlub etməsək, bu qələbənin əhəmiyyəti olmayacaq"

İvan Perişiç: "Azərbaycanı məğlub etməsək, bu qələbənin əhəmiyyəti olmayacaq" Düşünürəm ki, bu gün Rusiyadakı dünya çempionatındakı hər matçdan daha yaxşı oynadıq.
Futbol
7 Sentyabr , 2019 09:04
İvan Perişiç: Azərbaycanı məğlub etməsək, bu qələbənin əhəmiyyəti olmayacaq

"Düşünürəm ki, bu gün Rusiyadakı dünya çempionatındakı hər matçdan daha yaxşı oynadıq".

"Report" xəbər verir ki, bunu Xorvatiya millisinin aparıcı futbolçularından hesab olunan İvan Perişiç Slovakiyanı səfərdə məğlub etdikləri (4:0) AVRO-2020-nin seçmə mərhələ oyunundan sonra Xorvatiya Futbol İttifaqının rəsmi saytına açıqlamasında deyib.

30 yaşlı yarımmüdafiəçi bildirib ki, etdikləri hər hücumda qol şansı yarada biliblər. Almaniya "Bavariya"sında çıxış edən oyunçu yığmaya cəlb olunan gənc futbolçulara kömək etməli olduqlarını vurğulayıb.

Slovakiya ilə qarşılaşmada qollardan birinin müəllifi olan Perişiç sentyabrın 9-da qarşılaşacaqları Azərbaycanla matçın vacibliyinə də toxunub: "Slovakiya ilə oyun əsas ola bilər. Amma Azərbaycanı məğlub etməsək, bu qələbənin heç bir əhəmiyyəti olmayacaq".

Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Xorvatiya matçı saat 20:00-da başlayacaq. 

Son xəbərlər

Orphus sistemi