Azərbaycandan FIFA-nın “The Best” mükafatı üçün verilən səslərin ünvanları müəyyənləşib

Azərbaycandan FIFA-nın “The Best” mükafatı üçün verilən səslərin ünvanları müəyyənləşib Azərbaycandan FIFA-nın “The Best” mükafatı üçün verilən səslərin ünvanları müəyyənləşib.
Futbol
132
24 Sentyabr , 2019 09:59
Azərbaycandan FIFA-nın “The Best” mükafatı üçün verilən səslərin ünvanları müəyyənləşib

Azərbaycandan FIFA-nın “The Best” mükafatı üçün verilən səslərin ünvanları müəyyənləşib.

“Report” xəbər verir ki, səsvermədə kişilərdən ibarət milli komandanın baş məşqçisi Nikola Yurçeviç və kapitan Maksim Medvedev, qadınlardan ibarət yığmaya rəhbərlik edən Siyasət Əsgərovla Sevinc Cəfərova, eləcə də jurnalist Rasim Mövsümov iştirak ediblər. 

Kişi komandaları üzrə ən yaxşı baş məşqçi

Nikola Yurçeviç: Yurgen Klopp, Xosep Qvardiola, Maurisio Poççetino

Maksim Medvedev: Didye Deşam, Yurgen Klopp, Camel Belmadi

Rasim Mövsümov: Yurgen Klopp, Erik Ten Haq, Camel Belmadi

Ən yaxşı kişi futbolçu

Nikola Yurçeviç: Kriştianu Ronaldu, Lionel Messi, Məhəmməd Salah

Maksim Medvedev: Vircil Van Deyk, Məhəmməd Salah, Matteys de Liqt

Rasim Mövsümov: Vircil Van Deyk, Sadio Mane, Məhəmməd Salah

Qadın komandaları üzrə ən yaxşı baş məşqçi

Siyasət Əsgərov: Sarina Viqman, Jill Ellis, Peter Qerxardsson

Sevinc Cəfərova: Jill Ellis, Sarina Viqman, Fil Nevill

Ən yaxşı qadın futbolçu

Siyasət Əsgərov: Meqan Rapino, Aleks Morqan, Vendi Renar

Sevinc Cəfərova: Meqan Rapino, Ellen Uayt, Aleks Morqan

Qeyd edək ki, ilin ən yaxşı kişi oyunçusu argentinalı Lionel Messi (“Barselona”, İspaniya), ən yaxşı qadın futbolçusu isə amerkalı Meqan Rapino (“Reyn”, ABŞ) seçilib. Kişi komandaları üzrə ən yaxşı baş məşqçi adına almaniyalı Yurgen Klopp (“Liverpul”, İngiltərə) layiq görülüb. Qadın komandaları üzrə isə amerikalı Jill Ellis (ABŞ millisi) qalib olub. 

Son xəbərlər

Orphus sistemi