Azərbaycanda Pro lisenziyalı məşqçi kursları təxirə salındı

Azərbaycanda Pro lisenziyalı məşqçi kursları təxirə salındı Azərbaycanda mayda keçirilməli olan Pro lisenziyalı məşqçi kursları təxirə salınıb.
Futbol
18 May , 2020 17:43
Azərbaycanda Pro lisenziyalı məşqçi kursları təxirə salındı

Azərbaycanda mayda keçirilməli olan Pro lisenziyalı məşqçi kursları təxirə salınıb.

Bu barədə "Report"a AFFA-nın məşqçi kurslarının maarifləndirmə üzrə direktoru Aslan Kərimov məlumat verib.

O bildirib ki, kurslar koronavirus pandemiyası səbəbindən başqa vaxta keçirilib: "Pro kursları 2-3 ildən bir təşkil olunur. Bu ay növbəti kurslar olmalı idi. UEFA-dan təsdiq cavabı da gəlmişdi, siyahını gözləyirdilər, hər şey hazır idi. Pro kurslarını mayda təşkil etməyimizin əsas səbəblərindən biri AVRO-2020-nin 4 oyununun Bakı Olimpiya Stadionuna salınması idi. Bütün iştirakçılar həmin matçlara qatılaraq oyunların analizini aparmalı idilər. Avropa çempionatı təxirə salındığı üçün düşündük ki, bu cür qarşılaşmaları canlı-canlı izləməyəcəyiksə, kursu keçirməyin mənası yoxdur. Həmçinin A kateqoriyalı kursların imtahan mərhələsi də eyni səbəbdən təxirə salınıb".

Kərimov Pro lisenziyası ilə bağlı UEFA-ya göndərilən siyahıdakı şəxslərin adların açıqlamaq istəməyib: "Siyahıda ümumilikdə 18 məşqçinin adı var idi. Sözsüz ki, onların hamısı qəbul olunmalı deyildi. Çünki cəmi 8-10 nəfərlik yerimiz var idi. 10 nəfərin içində "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədovun adının olacağına tam əmin idik. Etik baxımdan düzgün olmadığı üçün digərlərinin adlarını açıqlamaq istəmirəm".

Direktor məşqçilik kruslarının virtual şəkildə keçirilməsinin mümkün olmadığını söyləyib: "Məşqçilik kursları deyiriksə, burada söhbət praktiki və nəzəri dərslərdən gedir. Oyunlar olmalıdır ki, praktiki dərslər keçilsin. Sırf nəzəri dərslər olsaydı, bunu onlayn formada etmək olardı".

Son xəbərlər

Orphus sistemi