Azərbaycanda peşəkar futbol hakimlərinin sayı və məvacibləri açıqlanıb

Azərbaycanda peşəkar futbol hakimlərinin sayı və məvacibləri açıqlanıb Premyer Liqa oyunlarını idarə edən 10 referi (baş hakim) və 15 referi köməkçisinə peşəkar hakim statusu veriləcək. - Peşəkar statusu ilə bağlı həmin hakimlərin hər biri ilə müvafiq müqavilə imzalanacaq. - Peşəkar hakim statusuna malik olan referil
Futbol
30 Avqust , 2021 12:49
Azərbaycanda peşəkar futbol hakimlərinin sayı və məvacibləri açıqlanıb

Azərbaycan Premyer Liqasının oyunlarını idarə edən 10 baş hakim və 15 referi köməkçisinə peşəkar hakim statusu veriləcək.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı həmin hakimlərin hər biri ilə müvafiq müqavilə imzalanacaq.

Peşəkar hakim statusuna malik olan referilərə, oyunlara təyinat alıb-almamalarından asılı olmayaraq, aylıq 1 000 manat (gross), referi köməkçilərinə isə 700 manat (gross) məvacib ödəniləcək. Onlar əvvəlki qaydada hər oyun üçün müvafiq qonorar da alacaqlar.

Peşəkar statusu daşıyan hakimlər digər işdə də çalışa bilər, lakin həmin şəxs üçün prioritet hakimlik olmalı, seçim qarşısında qalarsa, üstünlüyü peşəkar hakim statusu ilə əlaqədar bağladığı müqaviləyə verməlidir.

Ciddi səhvə yol verəcəyi təqdirdə, müvafiq hakim peşəkar statusundan müəyyən müddətə məhrum oluna bilər. Peşəkar statusu ləğv olunan hakim aylıq ödənişdən məhrum ediləcək və oyunlara təyinat alacağı təqdirdə, ona yalnız qonorar ödəniləcək.

Hakimlərin peşəkar statusdan məhrum olunması ilə bağlı qərarı Hakimlər Komitəsi verəcək. Zərurət olacağı təqdirdə, AFFA prezidenti və ya İcraiyyə Komitəsi hakimlərin peşəkar statusdan məhrum olunması səlahiyyətinə malikdir.

Hakimlərə peşəkar statusunun verilməsi, onların statusdan məhrum və bərpa olunması ilə bağlı məsələlərə Hakimlər Komitəsi mütəmadi qaydada baxacaq, bununla bağlı ictimaiyyətə şəffaf məlumat verəcək.

Son xəbərlər

Orphus sistemi