Azərbaycanda oynamış futbolçu İngiltərə Premyer Liqasının tarixinə düşüb

Azərbaycanda oynamış futbolçu İngiltərə Premyer Liqasının tarixinə düşüb İngiltərə Premyer Liqası tarixinin 10 ən yaxşı afrikalı futbolçusu bəlli olub.
Futbol
294
25 Yanvar , 2022 15:50
Azərbaycanda oynamış futbolçu İngiltərə Premyer Liqasının tarixinə düşüb
Maykl Esyen

İngiltərə Premyer Liqası tarixinin 10 ən yaxşı afrikalı futbolçusu bəlli olub.

"Report" BBC-yə istinadən xəbər verir ki, siyahıda "Səbail" klubunun sabiq yarımmüdafiəçisi Maykl Esyen də yer alıb.

Qanalı veteran oyunçu 4-cü sırada göstərilib.

Onun "Çelsi"dəki keçmiş komanda yoldaşı kot d ivuarlı Didye Droqba birinci, "Mançester Siti", "Tottenhem" və "Arsenal"ın toqolu sabiq hücumçusu Emanuel Adebayor ikinci, hazırda "topçular"da çıxış edən qabonlu Pyer-Emerik Obameyanq üçüncü olub.

Növbəti pillələrdə nigeriyalı Nvankvo Kanu, əlcəzairli Riyad Mahrez, seneqallı Sadio Mane, nigeriyalı Cey Cey Okoça, misirli Məhəmməd Salah və kot d ivuarlı Yaya Ture yer alıb.

Qeyd edək ki, Maykl Esyen 2019-cu ilin martından 2020-ci ilin iyununadək müqavilə üzrə "Səbail"ə məxsus olub. O, paytaxt təmsilçisini tərk etdikdən sonra karyerasını bitirib.

Son xəbərlər

Orphus sistemi