Azərbaycanda oynamış futbolçu Hindistan klubuna keçdi

Azərbaycanda oynamış futbolçu Hindistan klubuna keçdi İspaniyanın "Atletiko" klubunun sabiq futbolçusu Alberto Noquero karyerasını Hindistan çempionatında davam etdirəcək.
Futbol
642
3 Sentyabr , 2020 23:28
Azərbaycanda oynamış futbolçu Hindistan klubuna keçdi
Alberto Noquero

İspaniyanın "Atletiko" klubunun sabiq futbolçusu Alberto Noquero karyerasını Hindistan çempionatında davam etdirəcək.

"Report" xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi yerli "Qoa" komandasına keçib. Məlumatı klubun rəsmi saytı yayıb.

İspaniyalı oyunçu ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Noquero 2013/2014 mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edib. O, artıq fəaliyyətini dayandırmış "Bakı" klubunun formasını geyinib.

Son xəbərlər

Orphus sistemi