Azərbaycanda oynamış futbolçu Afrika ölkəsinin rəmzi komandasına düşüb

Azərbaycanda oynamış futbolçu Afrika ölkəsinin rəmzi komandasına düşüb Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Mərkəzi Afrika Respublikasının futbol tarixinin rəmzi komandasını açıqlayıb.
Futbol
7 Sentyabr , 2021 10:16
Azərbaycanda oynamış futbolçu Afrika ölkəsinin rəmzi komandasına düşüb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Mərkəzi Afrika Respublikasının futbol tarixinin rəmzi komandasını açıqlayıb.

"Report"un məlumatına görə, ən yaxşı "11-lik"də Azərbaycanda oynamış futbolçu da yer alıb.

Bu, "Zirə"nin sabiq yarımmüdafiəçisi David Manqadır.

Qeyd edək ki, Fransa PSJ-sinin yetirməsi olan 33 yaşlı oyunçu 2017/2018 mövsümündə Bakı klubunun şərəfini qoruyub. O, karyerası ərzində İsrailin "Hapoel" (Kiryat-Şmona), Avstriyanın "Ayzenştadt", Almaniyanın "Münhen 1860" komandalarının formasını geyinib. Manqa hazırda Fransa "Rasinq"ində çıxış edir.

Son xəbərlər

Orphus sistemi