AFFA İntizam Komitəsi (İK) "Sumqayıt", "Turan Tovuz" və "Simurq" klublarının sabiq futbolçusu Yasin Abbasovu cəzalandırıb.
"Report"un məlumatına görə, keçmiş hücumçu və məşqçinin futbola aid hər bir məşğuliyyətinə ömürlük qadağa qoyulub. Milli assosiasiya nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiya və ekspertlərin apardığı araşdırma, komissiya və ekspertlərin rəyinin nəzərə alınması nəticəsində onun danışılmış oyunlarda iştirakı təsdiqlənib.
Danışılmış oyunlarla əlaqədar hüquq-mühafizə orqanlarının müvafiq qaydada araşdırmaları davam etdiyindən, İntizam Komitəsi növbəti qərarlar qəbul edə bilər.
Barəsində sanksiya qərarı qəbul olunmuş şəxsin Apellyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var.