Azərbaycanda ilin ilk futbol matçında böyük hesablı qələbə qeydə alınıb

Azərbaycanda ilin ilk futbol matçında böyük hesablı qələbə qeydə alınıb Qəbələ futbol komandası qış fasiləsində ilk yoxlama oyununu keçirib.
Futbol
10 yanvar 2020 13:21
Azərbaycanda ilin ilk futbol matçında böyük hesablı qələbə qeydə alınıb

"Qəbələ" futbol komandası qış fasiləsində ilk yoxlama oyununu keçirib.

"Report"un məlumatına görə, Elmar Baxşıyevin baş məşqçi olduğu komanda I Divizion təmsilçisi MOİK-lə üz-üzə gəlib.

Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilən qarşılaşma "Qəbələ"nin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

27-ci dəqiqədə Fernan Lopes, 65-ci dəqiqədə Klesio Bauk, 86 və 88-ci dəqiqələrdə isə Rövlan Muradov fərqlənib.

Qeyd edək ki, bu, Azərbaycanda 2020-ci ilin ilk yoxlama matçı olub. “Qəbələ” yanvarın 12-də Türkiyəyə yollanacaq. Komanda Antalyanın Lara bölgəsindəki “Trend” otelində məskunlaşacaq. Qonşu ölkədə gerçəkləşəcək 2 həftəlik hazırlıq çərçivəsində 4 yoxlama matçı baş tutacaq. Yanvarın 14-də “qırmızı-qaralar” Macarıstanın MTK klubu ilə görüşəcək. Dörd gün sonra baş tutacaq ikinci oyunda rəqib Rusiya təmsilçisi “Çayka” olacaq. Ayın 22-də Bolqarıstanın “Etar” klubu ilə üz-üzə gələcək komanda yanvarın 25-də bu ölkənin digər təmsilçisi “Dunav” ilə qarşılaşacaq. 

Son xəbərlər

Orphus sistemi