Azərbaycanda həbsdən çıxan futbolçu komandasına qələbə qazandırıb

Azərbaycanda həbsdən çıxan futbolçu komandasına qələbə qazandırıb Bu qələbə sayəsində "Zaqatala" xallarını 11-ə çatdırsa da, sonuncu pillədə qalıb
Futbol
14 Mart , 2018 17:58
Azərbaycanda həbsdən çıxan futbolçu komandasına qələbə qazandırıb

Bakı. 14 mart. REPORT.AZ/ Hazırda "Zaqatala" klubunda çıxış edən futbolçu Nicat Muxtarov həbsdən çıxdıqdan sonra ilk qolunu vurub.

"Report" xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi Azərbaycan I Divizionunun XVIII turunda "Turan Tovuz"la səfər matçında fərqlənib. Muxtarov 6-cı dəqiqədə qol vuraraq komandasına qələbə qazadırıb - 1:0. 

Bu qələbə sayəsində "Zaqatala" xallarını 11-ə çatdırsa da, sonuncu pillədə qalıb. "Turan Tovuz" isə 25 xalla 6-cıdır. 

Qeyd edək ki, Nicat Muxtarov "Sumqayıt" komandasında çıxış etdiyi vaxt - sentyabrın 9-da və 15-də yerli telekommunikasiya qovşağına məxsus, ümumilikdə, 695 metr hava rabitə kabelinin kəsilərək oğurlamaqda şübhəli bilinən mütəşəkkil qrupun tərkibində tutulub. O, bir müddət həbsdə qaldıqdan sonra azadlığa buraxılıb.

Son xəbərlər

Orphus sistemi