Azərbaycanda hakimi döyən mütəxəssis 1 il 6 ay futboldan uzaqlaşdırılıb

Azərbaycanda hakimi döyən mütəxəssis 1 il 6 ay futboldan uzaqlaşdırılıb AFFA İntizam Komitəsi U-15 liqasında çıxış edən EFA komandasının baş məşqçisi Vüsal Mustafayevi 1 il, 6 ay müddətinə futbolla əlaqədar hər hansı fəalliyətlə məşğul olmaq hüququndan məhrum edib.
Futbol
8 aprel 2022 11:37
Azərbaycanda hakimi döyən mütəxəssis 1 il 6 ay futboldan uzaqlaşdırılıb

AFFA İntizam Komitəsi U-15 liqasında çıxış edən EFA komandasının baş məşqçisi Vüsal Mustafayevi 1 il 6 ay müddətinə futbolla əlaqədar hər hansı fəalliyətlə məşğul olmaq hüququndan məhrum edib.

"Report"un məlumatına görə, buna mütəxəssisin "Keşlə" (hazırkı "Şamaxı) ilə görüşdəki davranışları səbəb olub.

Mustafayev hakimə etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Baş məşqçi daha sonra dəhlizdə olan zaman hakimləri təhqir edib və fiziki təzyiq göstərib. O, həmçinin valideynləri referilərə qarşı ədavətə və qəddarlığa da vadar edib.

Qarşılaşma yarımçıq dayandırıldığı üçün EFA-ya texniki məğlubiyyət verilib.

Son xəbərlər

Orphus sistemi