Azərbaycanda futzal çempionatının başlayacağı tarix bəlli olub

Azərbaycanda futzal çempionatının başlayacağı tarix bəlli olub Futzal üzrə Yüksək Liqada 2021-2022-ci il mövsümünün başlayacağı vaxt bəlli olub.
Futbol
188
1 Sentyabr , 2021 16:12
Azərbaycanda futzal çempionatının başlayacağı tarix bəlli olub

Futzal üzrə Yüksək Liqada 2021-2022-ci il mövsümünün başlayacağı vaxt bəlli olub.

Federasiyadan "Report"a verilən məlumata görə, yeni mövsüm sentyabrın 24-də start götürəcək.

Püşkatma mərasimi sentyabrın 16-da saat 12:00-da Bakı İdman Sarayında təşkil olunacaq.

Qeyd edək ki, Yüksək Liqanın yeni mövsümündə iştirak üçün 8 komanda - “Araz-Naxçıvan”, “Neftçi” İK, EKOL, “Rekord club az”, “Alyans” FK (Lənkəran), “Baku Fire”, “Xilə” və U-19 - qeydiyyatdan keçib.

Son xəbərlər

Orphus sistemi