Azərbaycanda futbol klubu yanğınsöndürənə görə cərimələnib

Azərbaycanda futbol klubu yanğınsöndürənə görə cərimələnib Azərbaycan Premyer Liqasında XXIV turun “Sabah” – “Şamaxı” oyunundan öncə dövlət yanğından mühafizə xidməti nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etməyib.
Futbol
28 Aprel , 2022 15:46
Azərbaycanda futbol klubu yanğınsöndürənə görə cərimələnib

Azərbaycan Premyer Liqasında XXIV turun “Sabah” – “Şamaxı” oyunundan öncə dövlət yanğından mühafizə xidməti nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etməyib.

"Report"un məlumatına görə, bununla əlaqədar AFFA İntizam Komitəsi meydan sahibi "Sabah"ı 400 manat cərimələyib.

“Qəbələ” – “Qarabağ” oyununa isə dövlət yanğından mühafizə xidmətinin maşını təyin olunan vaxtdan gec gəlib. Bu səbəbdən, "Qəbələ"yə xəbərdarlıq edilib.

Qeyd edək ki, "Sabah" "Şamaxı"ya 5:1, "Qarabağ" "Qəbələ"yə 2:0 hesabı ilə qalib gəlib.

Son xəbərlər

Orphus sistemi