Azərbaycanda futbol klublarına sponsorlardan gələn vəsait azalıb

Azərbaycanda futbol klublarına sponsorlardan gələn vəsait azalıb Bakı. 4 mart. REPORT.AZ/ 2017-ci ildə Azərbaycanın futbol klublarının ümumi gəlirləri 2016-cı ilə nisbətən 20 faiz artıb.
Futbol
4 Mart , 2019 17:10
Azərbaycanda futbol klublarına sponsorlardan gələn vəsait azalıb

Bakı. 4 mart. REPORT.AZ/ 2017-ci ildə Azərbaycanın futbol klublarının ümumi gəlirləri 2016-cı ilə nisbətən 20 faiz artıb.

“Report”un məlumatına görə, bu barədə AFFA-nın 2018-ci il üçün hesabatında bildirilir. Rəsmi sənəddə qeyd olunur ki, 2017-ci ildə sponsorlardan daxilolmalar klubların ümumi gəlirlərinin 40 faizini təşkil edib. 2016-cı ildə isə bu rəqəm 59 faiz olub.

Əvəzində UEFA-dan daxilolmalar 37 faizdən 54 faizədək yüksəlib.

Son xəbərlər

Orphus sistemi