Azərbaycanda bir ilədək futboldan uzaqlaşdırılan oyunçunun cəzası qüvvədə saxlanılıb

Azərbaycanda bir ilədək futboldan uzaqlaşdırılan oyunçunun cəzası qüvvədə saxlanılıb Apellyasiya Arbitraj Tribunalı "Xırdalan City" komandasının futbolçusu Leyla Gondolovanın AFFA İntizam Komitəsinin qərarı ilə bağlı şikayətini təmin etməyib.
Futbol
15 Mart , 2022 15:18
Azərbaycanda bir ilədək futboldan uzaqlaşdırılan oyunçunun cəzası qüvvədə saxlanılıb

Apellyasiya Arbitraj Tribunalı "Xırdalan City" klubunun AFFA İntizam Komitəsinin qərarından verdiyi şikayəti təmin etməyib.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Leyla Gondolova barəsində 12 aylıq cəza qərarı qüvvədə saxlanılıb.

Gondolova Yüksək Liqada UGİM (Naftalan) klubu ilə matçda etdiyi hərəkətə görə 1 müddətinə diskvalifikasiya olunub.

Qərarın tam forması 30 gün ərzində hazırlanaraq tərəflərə göndərilməlidir.

Son xəbərlər

Orphus sistemi