Roman Qriqorçuk: “Azərbaycanda avrokubok oyunlarının prioritet olması azarkeşlərin marağındandır"

Roman Qriqorçuk: “Azərbaycanda avrokubok oyunlarının prioritet olması azarkeşlərin marağındandır" “Panatinaikos”u keçməyin bizim üçün real olduğunu düşünsəydim, dilxor olardım"
Futbol
15 Sentyabr , 2017 12:57
Roman Qriqorçuk: “Azərbaycanda avrokubok oyunlarının prioritet olması azarkeşlərin marağındandır
Report/Firi Səlim

Bakı. 15 sentyabr. REPORT.AZ/ “Azərbaycanda avrokubok oyunlarının pioritet olmasını azarkeşlərin marağı ilə izah edə bilərəm. Stadionlarda Çempionlar Liqası, Avropa Liqası matçları və milli komandanın görüşləri zamanı anşlaq olur”. 

"Report" xəbər verir ki, bu sözləri “Qəbələ” futbol komandasının baş məşqçisi Roman Qriqorçuk Ukraynanın "Zbirna.com" saytına müsahibəsində deyib.

52 yaşlı ukraynalı mütəxəssis bildirib ki, “Qəbələ”nin 2017/2018 mövsümündə Avropa Liqasının III təsnifat mərhələsində Yunanıstan təmsilçisi “Panatinaikos”a məğlub olması qanunauyğundur: “Panatinaikos”u keçməyin bizim üçün real olduğunu düşünsəydim, dilxor olardım. Biz hələ əvvəlki mərhələdə “Yagelloniya”ya uduza bilərdik. Polşalılar həmin vaxt daha güclü və təşkilatlanmış idilər. Elə alındı ki, “Qəbələ” qalib gəldi, lakin bunun yetirmələrim üçün maksimum olduğunu gördüm”.

Qeyd edək ki, Avropa Liqasının II təsnifat mərhələsində Polşa “Yagelloniya”sını mübarizədən kənarlaşdıran “Qəbələ” növbəti raundda “Panatinaikos”la bacarmayıb.

Son xəbərlər

Orphus sistemi