Bakı. 9 yanvar. REPORT.AZ/ 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi müəyyənləşib. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu vəzifə qurumun prezidenti Rövnəq Abdullayevin göstərişinə əsasən, Yaşar Vahabzadəyə həvalə olunub.
Y.Vahabzadə yeni postunda Bernhard Lipperti əvəzləyib. O, daha öncə B.Lippertin köməkçisi qismində çalışıb.