Azərbaycan yığmasının sabiq baş məşqçisinin ölümü ilə əlaqədar Braziliya futbolunda matəm elan olunub

Azərbaycan yığmasının sabiq baş məşqçisinin ölümü ilə əlaqədar Braziliya futbolunda matəm elan olunub Pele və Bekkenbauer Karlos Alberto Torresin vəfatını dərin təəssüf hissi ilə qarşıladıqlarını bildirib
Futbol
26 Oktyabr , 2016 10:01
Azərbaycan yığmasının sabiq baş məşqçisinin ölümü ilə əlaqədar Braziliya futbolunda matəm elan olunub

Bakı. 26 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Karlos Alberto Torresin vəfatı ilə əlaqədar Braziliya futbolunda 3 günlük matəm elan olunub.

"Report"un məlumatına görə, yas mərasimi Braziliya Futbol Konfederasiyasının (CBF) inzibati binasında keçiriləcək. CBF-nin qarşısındakı bayraqlar endiriləcək, qurumun keçirdiyi bütün yarışlar 1 dəqiqəlik sükutla başlanacaq.

Məşhur futbolçulardan Pele keçmiş komanda yoldaşının ölümünə dərindən kədərləndiyini bildirib. O, dostu və qardaşı adlandırdığı Karlos Alberto Torresə Allahdan rəhmət diləyib.

Almaniyalı Frants Bekkenbauer isə "Twitter" səhifəsində mərhumla fotosunu yerləşdirərək, "O, mənə qardaş, ən yaxşı dostlarımdan biri idi. Bu xəbərdən dərin sarsıntı keçirdik".

Karlos Alberto Torres ötən gün 73 yaşında ikən ürək tutmasından vəfat edib. 1970-ci ilin dünya çempionu 2004-cü il fevralın 14-dən 2015-ci il iyunun 4-dək Azərbaycan yığmasının baş məşqçisi olub.  

Son xəbərlər

Orphus sistemi