Azərbaycan yığmasının Qətərlə oyunu Londonda keçirilə bilər

Azərbaycan yığmasının Qətərlə oyunu Londonda keçirilə bilər "Mart ayında bizi çox çətin qrafik gözləyirik. Portuqaliya və Serbiya ilə matçların arasında Qətərlə oynamalıyıq".
Futbol
29 Yanvar , 2021 14:27
Azərbaycan yığmasının Qətərlə oyunu Londonda keçirilə bilər

"Mart ayında bizi çox çətin qrafik gözləyirik. Portuqaliya və Serbiya ilə matçların arasında Qətərlə oynamalıyıq".

"Report" xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov dünya çempionatının seçmə mərhələsi barədə danışarkən deyib.

O bildirib ki, Qətər seçməsi matçını İngiltərənin paytaxtı Londonda təşkil etmək istəyir.

E.Məmmədovun sözlərinə görə, hazırda bu istiqamətdə danışıqlar gedir.

Son xəbərlər

Orphus sistemi