Azərbaycan yığmasının qapıçısı "Qarabağ"da yubiley oyununu keçirib

Azərbaycan yığmasının qapıçısı "Qarabağ"da yubiley oyununu keçirib Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev “Qarabağ”da 100-cü oyununu keçirib.
Futbol
13 May , 2022 10:37
Azərbaycan yığmasının qapıçısı Qarabağda yubiley oyununu keçirib

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev “Qarabağ”da 100-cü oyununu keçirib.

"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, 28 yaşlı qolkiperin yubileyi XVI turdan təxirə salınmış “Sumqayıt”la matça təsadüf edib. O, özü üçün əlamətdar qarşılaşmada qapısını toxunulmaz saxlamağı bacarıb – 5:0.
Ümumilikdə, Məhəmmədəliyev “Qarabağ”dakı 100 görüşdə 60 top buraxıb. Bu oyunların 66-sı (-33) Premyer Liqa, 22-si avrokuboklar (-22), 12-si ölkə kubokuna (-5) təsadüf edib.

Qeyd edək ki, "Qarabağ"da 2015/2016 mövsümündə debüt etmiş Şaruddin Məhəmmədəliyev klub tarixinə 100 və daha çox oyun keçirən 4-cü qapıçı kimi düşüb.

Son xəbərlər

Orphus sistemi